"Xəzər Lənkəran" sərbəst buraxıldı

01:30 - 28 Sentyabr 2013

Komandanın növbəti tur üçün planı hazırdır

 

Premyer Liqanın VIII turu çərçivəsində dünən “Fırtınalar meydanı”nda “İnter”ə 0:1 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” qarşılaşmanın ardından bir günlük sərbəst buraxılıb.

Sportal.az xəbər verir ki, bu gün istirahət edəcək “ağ-yaşıllar”, sabah yenidən bir araya gələcək. 

Cənub təmsilçisi iki gün ərzində doğma şəhərdə hazırlaşacaq. Komanda oktyabrın 1-dəki günorta məşqindən sonra Lənkəranı tərk edərək Bakıya yollanacaq. 

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın IX turu çərçivəsində “Rəvan”ın qonağı olacaq. Bu görüş oktyabrın 4-də baş tutacaq.

12cioyuncu.info
 

Xəbər xətti