Millinin oyunçusundan kokain etirafı

14:41 - 28 Sentyabr 2013

Narkotik maddə onun futbolçu həyatını bitirdi
 
Estoniya millisinin sabiq hücumçusu Oliver Konsa kokain alveri ilə məşğul olduğuna görə həbs edilib.
 
Sportal.az xəbər verir ki, təqsirləndirilən futbolçu məhkəmə qarşısında çıxış edərək günahını boynuna alıb və hər şeyi etiraf edib. Belə ki, aparılan istintaqın nəticələrinə görə, Konsa Tallin şəhərində qanunsuz narkotik ticarəti - kokainin əldə edilməsi, saxlanılması, daşınması və külli miqdarda satışı ilə məşğul olan cinayətkar qrupun tərkibində iştirak edib. 
 
Sabiq futbolçu 2012-ci ilin noyabrın 12-də həbs edilib. O, son oyununu “Nomme Kalyu”nun heyətində noyabrın 3-də keçirib. 20 dəfə isə Estoniya millisinin formasını geyinib.  

Xəbər xətti