Milinko Pantiç: "Mən penalti epizodunu görmədim"

18:26 - 28 Sentyabr 2013

"Sumqayıt"a məğlub da ola bilərdik"
 
"Çətin oyun oldu. "Sumqayıt" ciddi komandadır. Gözləyirdim ki, bizə qarşı belə oynayacaqlar. Onları təbrik edirəm. Gənclərə üstünlük verirlər". Sportal.az xəbər verir ki, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç deyib. O, "Sumqayıt" üzərindəki qələbəni belə şərh edib:
 
"Rəqib keçən tur "Neftçi" ilə heç-heçə edib, "Qəbələ"yə qalib gəlib. Çətin olsa da, şirin qələbə idi. Bu oyunda məğlub da ola bilərdik. Mənim yetirmələrəim özlərini itirmədilər və qol vurdular. Təcrübəmə əsaslanaraq deyirəm ki, belə oyunda qələbə qazanmaq vacibdir. Oyunçularımı təbrik edirəm".
 
Serb məşqçi penalti epizodu barədə də danışıb: "Mən penalti epizodunu görmədim. Oyunçu da çox etiraz etmədi. Keçən oyun "İnter"lə yam yan hakim bayrağı qaldırdı, amma baş hakim qolu qeydə aldı. O dəfə mənə heç kim sual vermədi. İndi nə oldu? Hakim epizoda daha yaxın idi".

Xəbər xətti