"Qalatasaray" "Barselona"nı minimal hesabla məğlub etdi FOTOLAR

11:26 - 29 Sentyabr 2013

Bu dəfə veteranlar qarşılaşdı

 
Türkiyənin "Qalatasaray" veteran futbol komandası bu gün Türk Telekom Arenada İspaniyanın "Barselona" veteran komandası ilə gücünü sınayıb. 
 
Sportal.az "Qalatasaray" klubunun rəsmi saytına istinadən bildirir ki, qarşılaşma 1:0 hesabı ilə "Aslanlar"ın xeyrinə bitib. 
 
"Qalatasaray"ın 2000-ci il UEFA Kubokunu qazanan heyətində bir çox tanınmışlar yer alıblar. "Qalatasaray"ın qolunu 41-ci dəqiqədə Alp Küçükvardar vurub.
 
Georgi Hagi, Hakan Şükür, Tuqay, Ümit Karan, Taffarel kimi əfsanəvi oyunçuların sırasından azarkeşlər daha çox Hagiyə böyük sevgi, hörmət nümayiş etdiriblər. 2000-ci il UEFA Kuboku zəfərini gətirənlərdən biri olan Popesku isə qarşılaşmanın ikinci yarısında "Barselona"nın forması ilə sahəyə çıxıb.
 
 
Yoldaşlıq görüşü (veteranlar)
 
"Qalatasaray" 1 - 0 "Barselona"
Qol: Alp Küçükvardar
 
Qalatasaray: Taffarel, Taner, Bülent, Popesku, Hakan Ünsal, Tuqay, Okan, Ergün, Hagi, Hakan Şükür, Arif
Ehtiyat oyunçular: Kerem, Evren, Soner, Saffet, Alp, Ahmet Yıldırım, İlyas, Seydu, Ümit 
 
"Barselona": Felip, Xara, Robert, Framis, Minqo, M.Anxel, Delqado, Viktor, Makeda, A.Tomas, Molina
Ehtiyat oyunçular: Mirakl, Karses, Blankera, Serxio, Kuadaret, Reyksaç, Vilçes
 
 

Xəbər xətti