Messi üstündə katalonlarla argentinalılar dava edir

23:30 - 29 Sentyabr 2013

Messi Argentina yığmasına çağrıldı
 
Lionel Messinin Argentina yığmasına çağırılması "Barselona" ilə ulduzun milli komandası arasında gərginlik yaradıb. 
 
Sportal.az xəbər verir ki, Kataloniya klubu ötən ay Argentina Futbol Federasiyasından finallara qatılmağı təmin edəcəkləri halda Messini heyətə salmamağı xahiş etmişdi. 
 
Ancaq Argentina Dünya Kuboku finallarına qatılmağını təmin etməsinə rəğmən yığmanın baş məşqçisi Alexandro Sabelya ulduz futbolçuya dəvət göndərib. Qarşıdakı iki matçda Messinin oynaması istənilir. Oktyabrın 11-də Ekvador və 4 gün sonra Uruqvaya qarşı oyunlar üçün Leonun çağırılması "Barsa"nın rəhbərliyini özündən çıxarıb. 
 
Üstəlik, Leo Messi dünən "Almeriya"ya qarşı keçirdikləri oyunda budundan zədə alıb. Onun iki, hətta üç həftə meydana çıxa bilməyəcəyi deyilir. Bu səbəbdən klub rəhbərliyi Argentina millisinin yetkililəri ilə görüşərək forvardın heyətdən çıxarılmasını istəyəcək. 
 
Argentina son dəfə Messinin 2 qol vurduğu matçda Paraqvayı 5-2 hesabı ilə məğlub edərək Cənubi Amerika seçmələrində qrupun ilk üçlüyündə yer alıb və Dünya Kubokuna 11-ci dəfə qatılmaq üçün vəsiqə qazanıb.

Xəbər xətti