"Xəzər Lənkəran" ciddi itki ilə məşqlərini davam etdirir

10:52 - 30 Sentyabr 2013

Embilla Etame zədəlidir

 

Azərbaycan Premyer Liqasının VIII turunda gözlənilmədən və kobud səhv sonrası “İnter”ə məğlub olan “Xəzər Lənkəran” fasiləsiz məşqlərini davam etdirir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cənub təmsilçisi artıq üç gündür ki, Lənkəranda havaların yağmurlu keçməsinə baxmayaraq ehtiyat meydançada “Rəvan”la matçın hazırlığına başlayıb. “İnter”lə oyunda çiyinindən zədələnən Mbilla Etame hələ ki, məşqlərə qoşula bilmir. Bu gün və sabah məşqlərini davam etdirən “Xəzər Lənkəran” sabah günorta saatlarında Bakı şəhərinə yola düşəcək.

 

Qeyd edək ki, "Xəzər Lənkəran" oktyabr ayının 4-də “Rəvan”ın qonağı olacaq.  

Xəbər xətti