Silva: "İnter"lə 10 oyun oynasaq, 9-unu qalib gələrik"MÜSAHİBƏ

13:40 - 30 Sentyabr 2013

"Amma rəqib komandadan bir şans olur və qalib gəlirlər"
 
"Xəzər Lənkəran"ın müdafiəçisi Alvaro Silvanın  müsahibəsi
 
- "İnter"ə nə üçün məğlub oldunuz?
- Biz çox yaxşı oynadıq. "İnter"in isə cəmi bir şans qazandı. O da qol old. Ondan sonra 80 dəqiqə ancaq vaxt apardılar. Bizim isə o qədər şansımız oldu. Amma heç nə, istifadə edə bilmədik.
 
- Komanda belə oyunları çox olur. Qol şansları yaratsanız da, istifadə edə bilmirsiz. Səncə, hücum xətti zəif çıxış etmirmi?
- Bizim ən böyük problemimiz şanslarımızdan istifadə edə bilməməyimizdir. Oyun ərzində bu qədər qol imkanlarımız olur amma sonra məğlub oluruq və ya heç-heçə edirik. Hücumda da super oynayırıq. Sadəcə son vuruş çatışmır. Müdafiədə də yaxşı oynuyuruq. Amma rəqibimizin bir şansı olur onu da, qol vurur.
 
- O zaman bu məğlubiyyəti Orxan Sadıqlının ayağına yazmaq olar?
- Yox, elə demək olmaz. Bir gün mənim səhvimdən qol vurarlar, bir gün bir başqasının. Bu futboldur və olur belə şeylər. Təkcə, Orxanı günahlandıra bilmərik. Uduzmuşuqsa, deməli bütün komandada günah var.
 
- Səncə, "XL" hələ bu "qara zolaq"dan çıxa bilməyib? Və ya komandanın bu mövsüm bəxtsizlik sindromu hələ də davam edir?
- Biz şanssızıq. Amma həmişə bəxtsizlik deyə bir şey yoxdur. Biz bu "qara zolaq"dan mütləq çıxmalıyıq. Bəxt tilsimini qırmalıyıq. Minumum oyun ərzinə 10 yüz faizlik şansımız olur. Amma rəqib komandadan bir şans olur və qalib gəlirlər. Elə "İnter"lə oyuna baxın.
 
- Bəs, qol vurmamağa səbəb nədir?
- Siz oyun baxdınızmı? Biz bir səhv etdik və məğlub olduq. Bir gün bəxt bizim tərəfə keçəcək və biz asanlıqla qələbə qazanacağıq. Rəqibin şansı oldumu? Biz "İnter"lə 10 dəfə oynasaq, 9-unda qələbə qazanarıq. Bizim növbəti oyunda mütləq qələbəyə ehtiyacımız var. "Rəvan"la oyunda qalib gəlib, yenidən iddiamızı sübut edəcəyik.
 
- "Rəvan"la oyunda qalib gələ biləcəksiz?
- Biz şanslarımızdan istifadə etsək, böyükhesablı qələbə qazanarıq. Biz qalib gələcəyik. Biz həftə ərzində çox güclü hazırlaşırıq. Hər şey dəyişəcək və "Xəzər Lənkəran" çempionluğa doğru gedəcək.
 
Milliftubol.az

Xəbər xətti