"Qalatasaray"ın taleyi macar hakimə tapşırıldı

16:30 - 30 Sentyabr 2013

"Yuventus" - "Qalatasaray" oyunun baş hakimi müəyyənləşib
 
Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək "Yuventus" - "Qalatasaray" matçını idarə edəcək hakim müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, oktyabrın 2-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək qarşılaşmada macarıstanlı Viktor Kaşşayi fit çalacaq. Onun köməkçiləri Qyorqi Rinq və Vensel Tot olacaq. Dördüncü hakim isə Robert Kispaldı.

Xəbər xətti