Gelaşvili və Sxadadze Azərbaycanı tərk edir

11:08 - 1 Oktyabr 2013

Hər iki futbolçu İspaniya ilə oyuna dəvət alıb

 

Gürcüstan milli komandasının heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Temuri Ketsbaya DÇ-2014-ün seçmə mərhələsinin oktyabrın 15-də İspaniyaya qarşı keçiriləcək oyununa 23 futbolçu çağırıb. Bunlar “Qarabağ”ın hücumçusu Nikoloz Gelaşvili və “İnter”in ön xətt oyunçusu Baçana Sxadadzedir.

 

Qeyd edək ki, İspaniya – Gürcüstan oyunu Albasetedə keçiriləcək. 

Xəbər xətti