"Lans" rəqibinə şans vermədi VİDEO

11:43 - 1 Oktyabr 2013

Hafiz Məmmədovun komandası 2-ci pilləyə yüksəldi
 
Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubu bu gün Fransa ikinci liqasında növbəti matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, "Lans" IX  turda öz meydanında "Mets"i qəbul edib.
 
"Land of fire Azerbaijan" formalı "Lans" bu görüşdə qələbə qazanacağı təqdirdə turnir cədvəlinin ikinci pilləsinə yüksələcəkdi ki, belə də olub. Bakı vaxtı ilə saat 23:45-də başlayan oyun 3:2 hesabı ilə "Lans"ın xeyrinə başa çatıb.
 
Qeyd edək ki, "Lans" bu nəticədən sonra 17 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
 
23:45. "Lans" - "Metz" - 3:2
Qollar: Şako, 8 (0:1), Touzqar, 37 (1:1), Qbamin, 50 (2:1), Lejeune, 62 (2:2), Çavarriya, 69 (3:2)
 
 

Xəbər xətti