AFFA baş məşqçiyə 5 oyunluq cəza verdi

14:40 - 1 Oktyabr 2013

Komanda cərimə olundu
 
AFFA-nın İntizam Komitəsi Azərbaycan çempionatının I divizionun III turunda keçirilən “Ağsu” – “Şahdağ” matçında baş verən qalmaqalda günahı olanları cəzalandırıb. Sportal.az xəbər verir ki, hakimi təhqir etdiyi üçün qarşılaşmanın 59-cu dəqiqəsində meydandan qovulan Qvanzar Məhəmmədov 4 oyunluq cəzalanıb. Qonaq komanda oyunçusuna görə 400 manat cərimə də olunub.

Lakin hakim idarəçiliyindən narazı qalan təkcə futbolçu olmayıb. Görüş başa çatdıqdan sonra “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev də hakimləri təhqir edib. Bu, ona 5 oyunluq cəza bahasına başa gəlib. Klub isə 500 manat cəzalanıb. Baş məşqçinin belə hərəkətini görən Sərxan Ağayev isə dəyişiklik tablosunu ayaqla sındırıb. Nəticədə futbolçu 3 oyunluq cəzalanıb və klub 200 manat ziyana düşüb.
 

Xəbər xətti