Azərbaycan yığmasının iki üzvü İngiltərə klubunda

15:42 - 1 Oktyabr 2013

Rəcəb Fərəczadə ilə Rizvan Fərzəliyev “Bakı Yunayted”də
 
Futzal üzrə Azərbaycan yığmasının iki oyunçusu bundan sonra karyerasını İngiltərədə davam etdirəcək. Sportal.az xəbər verir ki, söhbət Rəcəb Fərəczadə ilə Rizvan Fərzəliyevdən gedir.
 
Onlar İngiltərənin ən aparıcı futzal klublarından olan “Bakı Yunayted”ə keçiblər. Millimizin hər iki üzvü ilə bir illik müqavilə imzalanıb.
 
Maraq üçün bildirək ki, İngiltərədə fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatı tərəfindən beş il əvvəl həvəskar bir komanda kimi yaradılan “Bakı Yunayted” 2012-ci ildən başlayaraq peşəkar liqaya qatılıb və çox keçmədən liqanın qalibinə çevrilib. İngilis futzalsevərləri hesab edir ki, bu klub İngiltərə futzal liqasına qatılandan sonra ölkədə bu idman növündə canlanma yaranıb. Onların fikrincə, komanda İngiltərə futzal liqasının Avropa səviyyəsinə qalxmasına bünövrə yaradıb. Bundan qabaqkı 5 mövsümdə ardıcıl olaraq liqanın qalibi eyni komanda olurdu və həmin komanda İngiltərəni Avropada layiqli yerə çıxara bilmirdi. Buna görə də İngiltərə idman ictimaiyyəti “Bakı Yunayted”in uğurlarına böyük maraq göstərir.
 
Xatırladaq ki, “Baku United” klubuna prezident kimi İlham Nağıyev rəhbərlik edir.

Xəbər xətti