Sportal.az xəbər verir ki, komanda bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxıb.
"Bakı" ilə qarşılaşmada zədələnən Nurlan Novruzov artıq zədəsini sağaldıb və kollektivlə birgə hazırlaşır. Zaur Həşimov isə hələki bərpa prosesi keçməkdədir.
Qeyd edək ki, Orxan Əliyev və Ruslan Nəsirli U-19-un düşərgəsində olduğu üçün hazırlığa nisbətən gec qoşulacaq.
Nəzərinizə çatdıraq ki, "Sumqayıt" - "İnter" oyunu oktyabrın 4-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 16:00-da start götürəcək.