İtaliyalı mütəxəssis klubun sabiq baş məşqçisi Fatih Terimin yolunu davam etdirəcəyini bildirib: “Bu oyunda üzərimdə hər hansı basqı hiss edəcəyimi düşünmürəm. Təbii ki, Fatih Terim dünyanın ən yaxşı baş məşqçilərindən biridir. Ancaq futbolda belə şeylər olur. Mən də onun gördüyü işi davam etdirəcəyəm. Hədəfimiz qrupdan çıxmaqdır. “Real”la ilk oyunumuz yaxşı keçmədi. Amma Madrid təmsilçisi hər bir klubu məğlub edəcək gücdədir. Daha 5 matçımız var. Sərfəli nəticələr qazanıb qrupdan çıxmaq istəyirik. “Yuventus”dan qorxsaydım oyunu evdə izlərdim. Bir gündə belə böyük oyunlara hazırlaşmaq çox çətindir. Rəqibi yaxşı tanımağım bizim üçün müsbət haldır”.
Mançini komandada dəyişiklik edib-etməyəcəyi ilə bağlı bu sözləri deyib: “Müdafiə və hücum arasında düzgün balans yaratmaq vacibdir. “Qalatasaray”ın hücum oyununda dəyişiklik etməyəcəm. Sadəcə olaraq müdafiəni də lazımı səviyyəyə çatdıracağam”.