Eliko təcridxanadan danışdı

01:32 - 2 Oktyabr 2013

"Bizə heç bir təzyiq olmayıb"

 

Premyer Liqanın IV turunda keçirilən "Böyük Oyun"dan sonra tutulan "Xəzər Lənkəran" azarkeşi Eliko Ləzginçik (Elman Tağıyev) hazırda Kürdəxanı təcridxanasında saxlanılır. Barəsində 2 ay həbs qəti imkan tədbiri seçilən Elikoyla bağlı aparılacaq istintaq prosesi nəticəsində onun təqsirkar olub-olmadığı müəyyənləşdiriləcək. 

Sportal.az xəbər verir ki, O, açıqlamasında fikirlərini bölüşdü: "Təcridxanada qaldığımız vaxtda bizə təzyiq olmayıb. İstintaq müddətində bir neçə dəfə sorğu-sual edilmişik. Mən həmişə bildiyim eyni şeyləri demək məcburiyyətində qalmışam. Oyun bitəndən sonra iğtişaşda iştirak edən bəzi azarkeşlər həbs olundu. Taksiyə minib oradan uzaqlaşanda polislərdən biri göstəriş verdi ki, məni də tutsunlar. Daha sonra bizi bölməyə apardılar.

Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə iş açılıb. Buna görə bizə 3 ildən 7 ilə qədər həbs cəzası düşə bilər. Ancaq mən həmişə ifadələrimdə bildirmişəm ki, iğtişaşlarda iştirak eləməmişəm. Neçə illərdi "Xəzər Lənkəran"a azarkeşlik edirəm. Komandanın kapitanı, fanatı olduğum Rahid Əmirquliyevə görə imkan düşdükcə Lənkərana gedirəm. Bu dəfəki qarşılaşmanın da prinsipiallığını nəzərə alıb ora yollanmışdım. Belə bir hadisə baş verdi. İnanıram ki, istintaq işi ədalətli şəkildə aparılacaq".

 

futbolpress.az

Xəbər xətti