Etame artıq komanda ilə birlikdə məşq edir FOTOREPORTAJ

16:05 - 2 Oktyabr 2013

 "XL" "Rəvan"la oyuna hazırlaşır
 
Premyer Liqanın IV turunun “Rəvan”la oyununa hazırlaşan “Xəzər Lənkəran” Bakıda ilk məşqinə çıxıb.
 
Sportal.az xəbər verir ki, Lənkəran hazırlıqlarını yekunlaşdırdıqdan sonra paytaxta gələn Con Toşakın yetirmələri bu gün səhər saatlarında məşq keçib.

Cənubluların hazırlığı “Bayıl Arena”da baş tutub. Lənkəran təmsilçisi məşqdə yalnız taktiki çalışmaları yerinə yetirib. “Xəzər Lənkəran” sabah “Bayıl Arena”da oyun öncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, “Rəvan” – “Xəzər Lənkəran” oyunu oktyabrın 4-də keçiriləcək.
 

Xəbər xətti