Roberto Mançini: "Qrupda intriqanı saxlamaq üçün yaxşı oynamağımız lazım idi ki, bunu da bacardıq"
"Qalatasaray" klubunun baş məşqçisi Roberto Mançini Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la baş tutan oyundan sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, yeni komandası ilə ilk matçına çıxan italiyalı mütəxəssis Turində yaxşı oyun nümayiş etdirdiklərini bildirib:
"Yuventus"a qarşı səfərdə oynamaq çox çətindir. Qrupda intriqanı saxlamaq üçün yaxşı oynamağımız lazım idi ki, bunu da bacardıq. Xüsusilə Droqba əla oynadı. Qolunu vurdu, ötürməsini verdi və sonadək mübarizə apardı. İki gün öncə komandaya gəlmişəm. Bundan sonra daha yaxşı oynayacağıq".
Qeyd edək ki, "Yuventus" - "Qalatasaray" oyunu 2:2 hesabı ilə başa çatıb.
saytlarin hazirlanmasi