"Qəbələ"yə texniki məğlubiyyət verildi
Bu gün İntizam Komitəsinin növbəti iclası kecirilib.
Sportal.az həmin qərarlarla siləri tanış edir.
30 sentyabr 2013-cü il U-17 Liqanın “İnter” – “Qəbələ” matçının 40+1-ci dəqiqəsində “İnter”in futbolçusu Nəriman Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1). Oyunun 40+2-ci dəqiqəsində “İnter”in futbolçusu Kənan Həsənovun hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3). “Qəbələ”nin futbolçusu Coşqun Süleymanovun sənədlərinin saxta olması (yaşının azaldılması) aşkar edilib. Bu səbəbdən də, “Qəbələ”yə 0:3 hesablı texniki məğlubiyyət verilir, komandanın baş məşqçisi Famil Xəlilova xəbərdarlıq edilir (belə halların yenidən baş vərəcəyi təqdirdə ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəkdi) və klub 1000 manat cərimə olunur (maddə 46, maddə 51).
saytlarin hazirlanmasi