"Onlar güclü olmaqla favoritdilər"

14:47 - 3 Oktyabr 2013

Milinko Pantiç: "Qarabağ” köklü komanda olmaqla xüsusi çəkiyə malikdi"
 
Ötən tur “Sumqayıt” üzərində 1:0 hesabı ilə qələbə qazanan “Bakı” sabah 9-cu tur çərçivəsində “Qarabağ”ın qonağı olacaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki,paytaxt əmsilçisi artıq oyunöncəsi son məşqini də keçirib.
 
Səhər saat 11:00-da isinmə hərəkətləri ilə başlayan hazırlıq daha sonra toplu çalışmalarla davam edib. Ardından kiçik qruplara bölünən futbolçular qısa ötürmələr üzərində çalışıb. Fiziki hazırlığı yaddan çıxartmayan baş məşqçi Milinko Pantiç yetirmələrinə düzülmüş maneələrdən sürətli keçmək tapşırığını da verib. Saatyarım sürən məşqin son bölümü uzun ötürmələr, qapıya asmalar və ikili hücumlarla başa çatıb. 
 
Ancaq hələ də Elvin Əliyevlə Vüqar Mustafayev kollektivdən ayrı çalışır. Ambulator müalicə alan Mario Rubio isə məşqdə iştirak etməyib. 
 
Komandanın baş məşqçisi Milinko Pantiç “Qarabağ”la matçöncəsi fikirlərini açıqlayıb:
 
“Biz  meydanda öz oyunumuzu göstərəcəyik. Qarşılaşmaya çox ciddi hazırlaşdığımızı deməliyəm. “Qarabağ” köklü komanda olmaqla xüsusi çəkiyə malikdi. Rəqib komandanın futbolçuları xeyli vaxtdı bir-birinə uyğunlaşıb. Bununla belə, biz məşqçilər, futbolçular, ümumilikdə, bir komanda olaraq “Qarabağ”dan 3 xal qoparmağa çalışacağıq. Onlar güclü olmaqla favoritdilər. Amma bu o demək deyil ki, rəqib qələbə qazanmalıdı.  Oyunda 100 yox, 150 faiz güclü çıxış edəcəyik ki, qalib gələk. Başqa qüvvələrdən yox, aparıcı futbolçulardan istifadə etməklə yaxşı oyun sərgiləmək istəyirik”.

Xəbər xətti