"Barsa"nın ulduzu üçüncü dəfə ata oldu FOTO

17:24 - 3 Oktyabr 2013

Valdes ata oldu
 
 
"Barselona"nın ulduz qapıçısı Viktor Valdesin ailəsində xoş hadisə olub. 
 
Sportal.az xəbər verir ki, Viktor Valdes 3-cü dəfə ata olub. Məşhur qapıçının qızı dünyaya gəlib. Valideynlər övladlarının adını Vera qoyublar. 
 
Qeyd edək ki, futbolçunun 2 oğlu var idi. Belə ki, Valdesin 2009-cu ildə Dilan, 2012-ci ildə Kay adlandırdıqları övladları doğulmuşdu.     

Xəbər xətti