"Rəvan"ın məşqçiləri etiraz etdi, penalti ləğv edildi

19:00 - 3 Oktyabr 2013

Hakim qərarını dəyişdi
 
Klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 9-cu turunun "Rəvan" - "Xəzər Lənkəran" oyununda hakim biabırçılığı qeydə alınıb.
 
Sportal.az xəbər verir ki, matçı idarə edən Nail Nağıyev öz qərarını dəyişib.
 
Belə ki, referi "Rəvan"ın qapısına penalti təyin edib və futbolçusuna sarı vərəqə göstərib. Lakin meydan sahiblərinin məşqçilər korpusunun etirazlarından sonra qərarını dəyişib.

Xəbər xətti