"İnter" "Xəzər Lənkəran"dan liderliyi geri aldı

23:01 - 3 Oktyabr 2013

"Neftçi" məğlub oldu
 
 
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 9-cu turun oyunları keçirilib. 
 
Sportal.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
 
 
Birinci dövrənin son turunun oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
 
Əvəzedicilərin çempionatı
9-cu tur
3 oktyabr

"Rəvan" - "Xəzər Lənkəran" 3:1
Qollar: Hüseyn Axundov, 10, Vüsal Qarayev, 72, Ayaz Mehdiyev, 83 - Kazım Kazımlı, 78.
 
AZAL - "Simurq"  3:2
Qollar: Habil Nurəhmədov, 54, Rey Məmmədbəyli, 68, Aydın Qasımov, 75 - Arzuman Nəsibov, 81, Elnur Səmədov, 85.
 
"Qarabağ" – "Bakı"  1:1
Qollar: Təmkin Xəlilzadə, 55 - Zahid Sadıqov, 8.
 
"Sumqayıt" – "İnter" 1:4
Qollar: Mirzağa Hüseynpur, 53 - Mirsahib Abbasov, 6; 64, Daniel Genov, 46, Nurxan Mənsimzadə, 79-penalti.
 
"Qəbələ" - "Neftçi"  1:0
Qol: Murad Musayev, 71-penalti.

Xəbər xətti