"Xəzər Lənkəran"ın futbolçusu komandadan ayrılır

02:21 - 4 Oktyabr 2013

Qliqorov Uelsə yollanır
 
“Xəzər Lənkəran”ın dayaq yarımmüdafiəçisi Nikola Qliqorov Makedoniya yığmasından növbəti dəfə dəvət alıb.
 
Sportal.az xəbər verir ki, sentyabrın 28-də müvəqqəti baş məşqçi təyin olunan Zoran Stratev dünya çempionatının son seçmə görüşləri üçün 30 yaşlı oyunçunu da çağırmağı unutmayıb.
Qeyd edək ki, Nikola Qliqorov “Xəzər Lənkəran”dakı baş məşqçisi Con Toşakın tarixi vətəni olan Uelsə və Serbiyaya gedəcək. Makedoniya britaniyalılarla oktyabrın 11-də Kardiffdə, serblərlə isə həmin ayın 15-də Belqradda görüşəcək. 

Xəbər xətti