"Araz"dan növbəti qələbə

11:18 - 4 Oktyabr 2013

Futzalçılarımız 3:1 hesabı ilə qələbə qazanıb
 
Futzal üzrə UEFA Kubokunun əsas seçmə mərhələsində mübarizə aparan təmsilçimiz "Araz" ikinci oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, Belçikanın "Şatelino" klubu ilə qarşılaşan futzalçılarımız 3:1 hesabı ilə qələbə qazanıb.
 
Qeyd edək ki, turnirdəki ilk oyunda "Araz" Yunanıstanın “Atina 90” komandasını 5:1 hesabı ilə məğlub etmişdi.
 
"Araz" qrupda son oyununu oktyabrın 5-də Rumıniyanın “Targu Mures” komandasına qarşı keçirəcək.

Xəbər xətti