"Simurq"da min dollar maaş alırdım"

11:54 - 4 Oktyabr 2013

Sergey Yuran: "Ən yaxşı futbolçumuz ayda 7 milyon dollar qazanırdı"

 

"Simurq"un sabiq baş məşqçisi Sergey Yuran Rusiya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis karyerası boyunca işlədiyi klublar haqda danışarkən Zaqatala təmsilçisində qazandığı məbləğ barədə də danışıb:

 

"Mənim getdiyim klublarda dəlisov pullar istəməyimlə bağlı xəbərlər yayılıb. Bunlar tamamilə yanlışdı. Azərbaycanda ən güclü komandaların - "Neftçi", "Bakı" və "İnter"in büdcəsi 8 milyon, "Simurq"un isə 1 milyon dollar idi. Ən yaxşı futbolçumuz ayda 7 milyon dollar qazanırdı. Özümə gəldikdə isə "Simurq"da min dollar maaş alırdım. Latviyada 3 min, Estoniyada isə 4,5 min qazanırdım".

 

Qeyd edək ki, Yuran 2011/2012 mövsümündə "Simurq" klubunu çalışdırıb.

Xəbər xətti