Toşak: "Mən Azərbaycanda yavaş-yavaş dəhşətə gəlirəm"

14:03 - 4 Oktyabr 2013

"XL"in baş məşqçisi dünən əvəzedici heyətlərin oyununu izləyib
 
Dünən “Rəvan” və “Xəzər Lənkəran” (3:1) klubunun əvəzedici heyətləri arasında keçirilən oyunu uelsli futbol əfsanəsi Con Benjamin Toşak da izləyib.
 
Sportal.az xəbər verir ki, “Xəzər Lənkəran” klubuna rəhbərlik edən Con Toşak gənc hakim Nail Nağıyevin əvvəlcə “Rəvan”ın qapısına penalti təyin edib, az sonra isə bunu ləğv etməsindən dəhşətə gəlib.
 
Onun narazılığı epizodla yox, hakimin vəziyyəti düzgün qiymətləndirməməsi ilə bağlı olub. O, fikirlərini belə ifadə edib: “Azərbaycan hakimliyi adına ləkə idi. Mən Azərbaycanda yavaş-yavaş dəhşətə gəlirəm”.
 
Qeyd edək ki, Nail Nağıyev həmin oyunda yanlış qərarını gec də, olsa düzəldib.
 
futbol11.az

Xəbər xətti