"Oyunun ən ədalətli nəticəsi heç-heçə idi" MÜSAHİBƏ

15:41 - 4 Oktyabr 2013

Ernst Nfor: "Qəbələyə liderliyi almağa gedirik"
 
"Neftçi"nin hücumçusu Ernst Nforun  müsahibəsi
 
- "Qarabağ"la oyun necə keçdi?
- Oyun gözlədiyimiz kimi keçdi, qarşılıqlı hücumlar oldu, hər iki komanda sonuna qədər mübarizə apardı. Azarkeşlər üçün maraqlı oyun oldu.
 
- "Neftçi" bu oyunda bir xal qazandı yoxsa iki xal itirdi?
- Bu suala cavab vermək çətindir, çünki qalib də gələ bilərdik, məğlub da ola bilərdik. Bir xal ən ədalətli nəticə idi.
 
- İkinci hissə komanda yaxşı oyun göstərə bilmədi...
- Mən deməzdim pis oynadıq. İlk hissə bizim üçün çox yorucu oldu, amma oyundan qopmadıq.
 
- "Qarabağ"la oyunda zədələnmişdin. İndi vəziyyətin necədir?
- Yüngül zədə idi, artıq heç bir ağrı yoxdur və "Qəbələ" ilə oyunda komandama kömək etmək üçün özümü tam hazır hiss edirəm.
 
-"Qəbələ" ilə qarşılaşacaqsınız Bu oyun haqda nədeyə bilərsən?
- "Qəbələ" çempionatın lideridir, ancaq biz səfərə yalnız qələbə üçün gedirik və liderliyi ələ keçirmək üçün.
 
Millifutbol.az

Xəbər xətti