"Bu cür komandaya qarşı oynamaq çox çətindi"

20:00 - 4 Oktyabr 2013

Tərlan Əhmədov “Qəbələ” üzərindəki qələbədən danışdı
 
 
“Neftçi”nin məşqçisi Tərlan Əhmədov “Qəbələ” üzərindəki qələbədən danışıb. Sportal az xəbər verir ki, gənc çalışdırıcının oyunla bağlı fikirləri belə olub:
 
"Hər iki komanda gözəl oyun göstərdi, meydanda sona kimi gərgin mübarizə getdi. Bura gələndə ötən turlarda “Sumqayıt” və “Qarabağ”la oyunlarda itirilmiş xalları kompensasiya etməyi düşünürdük. Əsas məqsədimiz qələbə qazanmaq idi. “Qəbələ”nin fiziki baxımından güclü oyunçuları var. Bu cür komandaya qarşı oynamaq çox çətindi. Qələbə qazandığımız üçün şadam”. 

Xəbər xətti