"Etdiyimiz hər bir səhvin cəzasını çəkdik"

21:57 - 4 Oktyabr 2013

Pantiç: "Birinci hissəni onlara hədiyyə etdik"

 

"Qarabağ"ı təbrik edirəm. Bu gün göründü ki, onlar toparlanıblar və yaxşı oynadılar". 

 

Sportal.az xəbər verir ki, bu özləri "Bakı"nın baş məşqçisi Milinko pantiç deyib. Pantiç "Qarabağ"a ilk hissəni hədiyyə etdiklərini dedi:

 

"Birinci hissəni onlara hədiyyə etdik.10 dəqiqə ərzində qapımızda 3 qol gördük. İkinci hissədə özümüzə gəldik və oyunumuzu göstərməyi bacardıq. Buna baxmayaraq kalonasın 4-5 epizodu oldu, amma qol olmadı. Qarşıdakı oyunlara baxmaq lazımdı. Elədiyimiz hər bir səhvin cəzasını çəkdik. Bu gün bizim günümüz deyildi. Üzülürəm məğlub olduğumuza görə. Hakimlər barəsində heç nə demirəm.

Xəbər xətti