"Çox ağır oyunlar olacaq, amma..."
Dünən "Neftçi" səfərdə "Qəblə"ni 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki,"Qəbələ" ilə oyunda qələbənin əsas memarlarından olan "Neftçi"nin futbolçusu Araz Abdullayev açıqlamasında oyun haqda danışıb:
"Bu gün (dünən) çox ağır oyun keçirdik. Ardarda itirdiyimiz xallar bizim bu oyuna daha çox motivasiya etmişdi. Bu oyuna çıxmadan öncə var gücümüzlə oynayıb, qələbə qazanmaq istəyi bizdə daha çox idi və buna da nail olduq. Düşünürəm ki, bu oyunda "Neftçi" ağıllı futbol oynadı və daha çox topa nəzarət etdi. İnşallah gələcək oyunlarımızda daha da yaxşı oynayıb, uğur qazanarıq. İlk dövrəni ikinci yerdə bitirmək elə də pis nəticə deyil.
Çempionatımızda fasilə yaranacaq, milli komandamızın oyunları ilə bağlı. İki oyunumuz var. İkisi də doğma meydanda olacaq. Bütün azarkeşlərimizə səslənirəm. Bu iki oyunda bizə dəstək olsunlar və bizdə öz növbəmizdə çalışacağıq ki, onları stadiondan alnıaçıq, başı dik yola salaq. Çox ağır oyunlar olacaq, amma mən inanıram ki, hər iki oyundan sərfəli nəticə əldə edəcəyik. Fikrimcə, bu oyunlarda 4 xal toplaya bilərik".
forza1937.com
saytlarin hazirlanmasi