"Mesut Özil ağıl dəryasıdır"

00:41 - 7 Oktyabr 2013

Kedira:"Məsut “topçular”ı İngiltərənin ən yaxşısı etdi"
 
"Real”ın və Almaniya yığmasının üzvü Sami Kedira mətbuata açıqlamasında Məsut Özil haqda danışıb.
 
Sportal.az xəbər verir ki, o, Özilin keçidindən sonra “Arsenal”ın çox gücləndiyini bildirib: “Düzdür, “Arsenal” əvvəl də güclü komanda idi. Ancaq Məsut “topçular”ı İngiltərənin ən yaxşısı etdi. Özil ağıl dəryasıdır. Onun “Real”dan gedişinə çox üzüldüm. Öz mövqeyinin ən güclüsüdür. Bundan əlavə, insan kimi də yalnız xoş sözlərə layiqdir”. 

Xəbər xətti