5 region klubu Azərbaycan kubokundan imtina etdi

16:40 - 7 Oktyabr 2013

"Bakılı" da kubok istəmir

 

Sabah Azərbaycan Kubokunun yeni mövsümünün püşkü atılacaq.

 

Sportal.az xəbər verir ki, 20 klub bu turnirdə qüvvəsini sınamağa hazırlaşır. Bunlar “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ”, “İnter”, “Simurq”, “Qəbələ”, “Bakı”, AZAL, “Rəvan”, “Sumqayıt”, “Qaradağ-Lökbatan”, “Araz Naxçıvan”, “Neftçala”, “Ağsu”, MOİK, “Şuşa”, “Lokomotiv”, “Kəpəz”, “Şahdağ” və “Mil-Muğan”dı.

 

Birinci Divizionda mübarizə aparan klublardan “Turan-T”, “Bakılı”, “Göyəzən”, “Energetik”, həmçinin “Şəmkir”lə “Karvan” kubokda iştirakdan imtina ediblər. 

Xəbər xətti