"Xəzər Lənkəran" kapitansız çalışır

22:10 - 7 Oktyabr 2013

5 futbolçu milli komandalara dəvət alıb

 

 Premyer Liqanın son turunda "Rəvan"la qarşılaşdıqdan sonra iki günlük istirahətə buraxılan "Xəzər Lənkəran" hazırlığını bərpa edib.

 

Sportal.az xəbər verir ki, komanda bu gün axşam saatlarında Lənkərandakı bazasında məşqə çıxaraq çalışmalarına start verib.

 

A millinin düşərgəsində olan Rahid Əmirqliyevlə Rasim Ramaldanov, o cümlədən U-21-ə çağırılan Orxan Sadıqlı və Ağabala Ramazanov, U-19 heyətində olan Kamran Abdullazadə məşqə qatılmayıb. Bir saat davam edən məşqdə futbolçular əsasən bərpa məşqini keçirib və daha sonra taktiki çalışmaları yerinə yetiriblər.

Xəbər xətti