Komanda baş məşqçinin işindən razı qalmayıb
“Monako” rəhbərliyi baş məşqçi Klaudiyo Ranyerinin işindən razı qalmayıb.
Sportal.az xəbər verir ki, Fransa Liqasında turnir cədvəlinin ikinci pilləsində qərar tutan komanda lider PSJ-dən 10 xal geri qalır. Ölkə kubokunun yarımfinalında “Monako”nun Liqa-1-in autsayderi “Genqam”a 3:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırması isə klub rəhbərliyini hövsələdən çıxarıb. Odur ki, monakolular mövsüm başa çatan kimi italiyalı mütəxəssislə yollarını ayırmaq qərarına gəliblər. Artıq indidən axtarışa başlayan fransızlar baş məşqçi postuna “Vest Bromviç”in sabiq məşqçisi Stiv Klarkı gətirmək istəyirlər. Hələ mövsümün əvvəlində Radamel Falkao, Dimitar Berbatov, Rikardu Karvalyo və Erik Abidal kimi dünya ulduzlarını heyətinə qatan “Monako” sonda ölkə çempionluğundan kənarda qalıb.
saytlarin hazirlanmasi