Sportal.az xəbər verir ki, yüksək məbləğli transferlərlə diqqət çəkən Paris təmsilçisi normadan 30 milyon avro artıq pul xərcləyib. Bu səbəbdən qitənin ali futbol qurumu kluba bir neçə cəza verib:
- PSJ 60 milyon avronu üç mövsüm ərzində ödəməli;
- Klubun xərclədikləri ilə qazandıqları arasındakı fərq 30 milyon avro avrodan çox olmamalı;
- PSJ Çempionlar Liqasına heyətində 25 deyil, 21 futbolçu ilə getməli (səkkizi aşağı yaş qrupundan);
- PSJ-nin futbolçulara ödəyəcəyi ümumi məbləğ 240 milyon avrodan çox olmamalı, yeni transfer etsə, futbolçularından birini satmalıdı;
- Transfer büdcəsi 60 milyon avronu keçməməlidi.
Göstərilənlərə əməl olunmasa, kluba başqa cəzalar da tədbiq ediləcək.