Komandanın II Liqada mübarizə aparacağı dəqiqləşdi
 
"Bakı" klubunun sahibi Hafiz Məmmədov Fransanın "Lans" klubunun büdcəsini artırmayacaq.
 
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, Məmmədov "Lans"a əlavə 10 milyon dollar verməyəcəyini rəsmən bəyan edib.

Bununla da komandanın yeni mövsümdə də 2-ci liqada yarışacağı dəqiqləşib. "Lans"ın büdcəsi isə əvvəlkitək 38 milyon dollar olacaq. Fransa Futbol Federasiyası "Lans"ın büdcəsinin artırılmayacağı barədə məlumatlandırılıb.