Hafiz Məmmədovun klubu məğlubiyyətlə başladı

11:10 - 10 Avqust 2014

"Lans" səfərdə məğlub oldu 
 
Fransa Liqasında I turun oyunları davam edir.
 
Sportal.az-ın məlumatına görə, ikinci oyun günündə daha 7 qarşılaşma keçirilib.
 
Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubunun startı uğursuz alınıb. "Land of Fire Azerbaijan" formalı komanda səfərdə "Nant"a 0:1 hesabı ilə uduzub. "Marsel" səfərdə "Bastiya" ilə məhsuldar heç-heçə edib - 3:3.
 
Qeyd edək ki, Fransa Liqasında I tura bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.
 
 
 
9 avqust
 
Fransa Liqası, I tur
 
"Nant" - "Lans" - 1:0
Qol: Bammou, 65 (1:0)
 
"Bastiya" - "Marsel" - 3:3
Qollar: Mabulou, 9 (1:0), Jinyak, 12 (1:1), Tauvin, 17 (1:2), Jinyak, 62 (1:3), Talyo, 66 (2:3), Mabulou, 73 (3:3)
 
"Evian" - "Kan" - 0:3
Qollar: Kante, 12 (0:1), Duhamel, 32 (0:2), 37 (0:3)
 
"Qenqam" - "Sent Etyen" - 0:2
Qollar: Erdinc, 39 (0:1), 90+2 (0:2)
 
"Lill" - "Metz" - 0:0
 
"Monpelye" - "Bordo" - 0:1
Qol: Diabate, 17 (0:1)
 
"Nitsa" - "Tuluza" - 3:2
Qollar: Kvitaniç, 23 (1:0), Breisveyt, 45 (1:1), Ben Yedder, 45+1 (1:2), Kvitaniç, 63 (2:2), Bosetti, 69 (3:2)
 
 
10 avqust
 
"Lion" - "Renn"
 
"Monako" - "Loryen"

Xəbər xətti