"Klubdan zövq alıram"
Fransanın PSJ klubu ilk transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi "Tuluza"dan icarəyə götürdüyü Fil Dişili futbolçu Serje Aurierin transfer hüququnu əldə edib. Klubun rəsmi saytında yer alan məlumatda isə müqavilənin şərtləri açıqlanmayıb. İmzalanma mərasimindən sonra futbolçu mətbuat konfransında iştirak edərək yeni klubu haqqında danışıb: "Burada hər şey yaxşıdır. Mən klubdan zövq alıram. Mənə inandıqlarına görə rəhbərliyə təşəkkür edirəm. Komandam üçün bundan sonra da əlimdən gələni edəcəyəm."
Qeyd edək ki, 22 yaşlı futbolçu PSJ-nin heyətində 14 oyun keçirib və 1 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi