PSJ tarixinin ən çox qol vuran futbolçusu oldu
Fransa 1-ci Liqasının 9-cu turunda PSJ-nin "Marsel"i 2:1 hesabı ilə məğlub etdiyi matçda Zlatan İbrahimoviç dubl edib.
Sportal.az xəbər verir ki, 41-ci və 44-cü dəqiqələrdə penaltidən fərqlənən İbrahimoviç PSJ-nin heyətində 110-cu qolunu vurub. İbrahimoviç beləcə 109 qol vuran portuqaliyalı futbolçu Pedro Pauletaya aid rekordu qıraraq PSJ tarixinin ən çox qol vuran futbolçusu olub.
Qeyd edək ki, Zlatan İbrahimoviç PSJ-də 2012-ci ildən çıxış edir.
saytlarin hazirlanmasi