"Bir neçə il bu səviyyədə oynayacaq"
Təcrübəli mütəxəssis olan Karlo Ançelotti PSJ-nin hücumçusu Zlatan İbrahimoviç haqda xoş sözlər səsləndirib.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, Ançelotti İbrahimoviçin üst səviyyədə oynamağa davam edəcəyini bildirib:
"34 yaş bir çox hücumçunun karyerasının sonlarına gəlməyi deməkdir. Lakin bu vəziyyət İbrahimoviç üçün keçərli deyil. Zlatan bir neçə il üst səviyyədə oynaya bilər. Çünki bu bacarığı onda görmüşəm. Zlatanın PSJ-nin uğurlarında payı böyükdür".
Qeyd edək ki, Zlatan İbrahimoviç 2011-13-cü illərdə PSJ-ni çalışdıran Karlo Ançelottinin rəhbərliyi altında da çıxış edib.
saytlarin hazirlanmasi