Valbuenanı şantaj etdiyinə görə
Fransada 4 futbolçu həbs olunub.
Sportal.az xəbər verir ki, milli komandanın sabiq üzvü Cibril Sisse və daha 3 futbolçu həbs olunub. Buna futbolçuların "Lion"un yarımmüdafiəçisi Matye Valbuenanı intim videogörüntü ilə şantaj etmələri səbəb olub.
Polis məsələ ilə bağlı araşdırmaya başlayıb. Sissenin vəkili bildirib ki, o günahsızdır və yaxında azadlığa buraxılacaq.
Qeyd edək ki, 2002-2011-ci illərdə Fransa millisinin şərəfini qoruyan Sisse keçirdiyi 41 oyunda 9 qol vurub.
saytlarin hazirlanmasi