“Madriddə keçirdiyim son matçı unuda bilmirəm”
Bir müddət əvvəl Madrid “Real”ında top qovan argentinalı ulduz futbolçu Anxel di Mariya Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turuunda PSJ və “Real” arasında oynanılacaq matç öncəsi açıqlamalar verib.
Sportal.az xəbər verir ki, Di Mariya keçmiş komandasına qol vuracağı təqdirdə sevinməyəcəyini bildirib:
“Məni Madriddə azarkeşlərin necə qarşılayacağını bilmirəm. Madriddə keçirdiyim son matçı unuda bilmirəm. Azarkeşlər məni ayaq üstə alqışlamışdılar. Mən “Real”la Çempionlar Liqasını və digər titullar qazanmışam. “Bernabeu”ya yenidən dönməyim xüsusi hissdir. Əgər “Real”a qol vursam, bunu qeyd etməyəcəm”
Qeyd edə ki, PSJ – “Real” matçı 21 oktyabr saat 23:45-də baş tutacaq.
saytlarin hazirlanmasi