Vergidən yayındığına görə
"Barselona"nın ulduz futbolçusu Lionel Messi və atası Xorxe Horasio Messi vergidən yayınmaqda ittiham olunur.
Sportal.az xəbər verir ki, onlar məhkəmə qarşısına çıxacaq. Artıq məhkəmənin tarixi də bəlli olub. Belə ki, Messilər Çempionlar Liqası finalından sonra 31 may 3 iyun aralığında Barselona məhkəməsində ifadə verəcək.
2007-2009-cu illərdə 4,4 milyon dollar vergidən yayınmaqda ittiham olunan argentinalı futbolçu və atası günahları sübuta yetiriləcəyi təqdirdə 22 ayadək həbs cəzası ala bilər.
saytlarin hazirlanmasi