"Durumlarına sabah aydınlıq gələcək"
"Barselona"nın baş məşqçisi Luis Enrike "Atletik"lə matç öncəsi xəstələnmiş futbolçular haqda məlumat verib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis həmin futbolçuların durumlarına sabah aydınlıq gələcəyini söyləyib:
"Üç futbolçumuzun halı pisləşib. Arda Turanın, İnyestanın və Busketsin qızdırmaları var. Onların sabah bizə kömək edib-etməyəcəyi haqda dəqiq söyləyə bilmərəm. Hər üç futbolçunun durumuna sabah aydınlıq gələcək".
Qeyd edək ki, "Barselona" sabah İspaniya kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Atletik" Bilbaonu qəbul edəcək. Matç Bakı vaxtı ilə 00:30-da başlayacaq.
saytlarin hazirlanmasi