Messiyə qarşı kobud oynayan futbolçuya sərt cəza

18:56 - 3 Fevral 2016

3 matç oynamayacaq

 

İspaniya Futbol Federasiyası "Atletiko" Madridin futbolçusu Felipo Luisi cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb La Liqanın 23-cü turunda "Barselona" ilə oyunda onun Messiyə qarşı etdiyi kobudluq olub. Federasiya birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan futbolçuya 3 matçlıq cəza verib. 

 

Qeyd edək ki, "Barselona" - "Atletiko" matçı meydan sahiblərinin 2- 1 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbər xətti