"Sevilya" finalda "Barselona"ya rəqib oldu VİDEO

01:37 - 12 Fevral 2016

"Selta" möcüzə edə bilmədi
 
İspaniya Kubokunun yarımfinal mərhələsinə yekun vurulub.
 
Sportal.az xəbər verir ki, "Selta" ilk oyunda 4 - 0 hesabı ilə məğlub olduğu "Sevilya"nı qəbul edib. Hesabda 2 - 0 önə keçən Viqo təmsilçisi bundan artığını bacara bilməyib. Qonaqlar hər iki qolun cavabını veriblər və matç 2 - 2 hesablı heç-heçə ilə başa çatıb.
 
Ümumi hesabda 6 - 2 hesabı ilə qalib gələn "Sevilya" Kubokun finalında "Barselona"ya rəqib olub.
 
"Selta" 2 - 2 "Sevilya"
 
QOLLAR: Yaqo Aspas, 35, 55 - Baneqa, 57, Konoplyanka, 87

 

Xəbər xətti