Ayın futbolçusu seçilib
Lionel Messi daha bir mükafat qazanıb.
Sportal.az xəbər verir ki, “Barselona”nın ulduzu La Liqada yanvar ayının ən yaxşısı seçilib.
Kataloniya təmsilçisi ötən ay La Liqada keçirdiyi 5 matçda 4-də qələbə qazanıb, 1-də qarşılaşma isə bərabərliklə başa çatıb. Argentinalı hücumçu“Qranada” ilə qarşılaşmada het-trik edib, “Atletik”, “Atletiko” və “Malaqa” ilə matçlarda isə bir dəfə fərqlənməyi bacarıb.
Ayın ən yaxşı baş məşqçisi adına isə “Sevilya”nın çalışdırıcısı Unai Emeri layiq görülüb.
Qeyd edək ki, Messi 2013-cü ildən təşkil edilən ayın futbolçusu mükafatına ilk dəfə layiq görülür.
saytlarin hazirlanmasi