"Ekspert kimi çalışanda özündən çox razı idi"
Argentina yığmasının sabiq hücumçusu və "Modena"nın baş məşqçisi Ernan Krespo "Valensiya"nın çalışdırıcısı Qari Nevill haqda maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssi Nevillin uğursuz nəticələrinə çox sevindiyini bildirib:
"Qari Nevillin uğursuz nəticələrinə çox sevinirəm. O, futbol eksperti kimi çalışanda özündən çox razı idi və çox danışırdı. İndi özü baş məşqçidir və yəqin başa düşər ki, necə çətin işdir".
Qeyd edək ki, Qari Nevill "Valensiya" ilə La Liqada qələbə üzünə həsrətdir.
saytlarin hazirlanmasi