166-cı matçına çıxıb
İspaniya millisinin və “Portu”nun qapıçısı İker Kasilyas yeni rekorda imza atıb.
Sportal.az xəbər verir ki, Rumınya ilə keçirilən yoxlama matçında start heyətində yer alan qolkiper 166-cı dəfə millinin formasını geyib. Bununla da 34 yaşlı qapıçı Avropada bu göstəricidə hər kəsi qabaqlayıb.
Qeyd edək ki, bundan əvvəlki rekord Latviya millisinin sabiq yarımmüdafiəçisi Vitali Astafyevə məxsus idi. O,millinin heyətində 165 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi