"Barselona" "Atletiko" ilə oyuna itki ilə çıxacaq

01:33 - 5 Aprel 2016

Vidal bu matçı buraxmalı olacaq
 
"Barselona"nın futbolçusu Aleks Vidal zədələnib.
 
Sportal.az xəbər verir ki,  26 yaşlı oyunçu dünənki məşq zamanı zədə alıb. Onun bir neçə həftə yaşıl meydanlarda uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, A.Vidal Çempionlar Liqasının 1/4 finalında "Atletiko" (Madrid) ilə ilk oyunu buraxacaq.
 
Qeyd edək ki, A.Vidal ötən ilin yayında "Sevilya"dan "Barselona"ya transfer olunub.

Xəbər xətti